BAKI, 13 aprel - Sputnik. Avropa Kosmik Agentliyinin Rusiya Federasiyası ilə Ay proqramları üzrə əməkdaşlığı dayandırması bu qurğuların buraxılış müddətinə və onların elmi proqramının həyata keçirilməsinə təsir göstərməyəcək. Belə bir bəyanatla "Roskosmos"un mətbuat xidmətinin rəhbəri Dmitri Strugovets çıxış edib.
Bundan əvvəl Avropa Kosmik Agentliyi (AKA) Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda Aya missiyalar üzrə Rusiya ilə əməkdaşlığı dayandırdığını açıqlamışdı.
“Roskosmos”un baş direktoru Dmitri Roqozin Avropa cihazlarının Rusiya kosmik qurğularında istifadəsindən imtina edəcəyini deyib.
“AKA-nın “Roskosmos”la Ay layihələri, o cümlədən “Luna-25” missiyası üzrə əməkdaşlığı dayandırmaq qərarı həmin qurğunun buraxılma vaxtına təsir etməyəcək”, - deyə Strugovets öz Telegram kanalında yazıb.
Qeyd edək ki, ötən ayın sonlarında Dmitri Roqozin "Roskosmos" agentliyinin qarşısına bu ölkənin orbitdəki Rusiya peyklərinin sayını iki dəfə artırmaq vəzifəsi qoyulduğunu deyib.
Onun sözlərinə görə, bu, digər şeylərlə yanaşı, sənaye müəssisələrini yükləməyə imkan verəcək.
“Biz indi görürük ki, əslində bizim qarşımızda duran əsas vəzifə orbital qrupun ikiqat artırılması vəzifəsidir”, - deyə o, Yuri Qaqarinin vəfatının 54-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, orbitə çoxlu sayda qurğunun buraxılması üçün daha çox raket lazım olacaq ki, bu da mühərrikləri, idarəetmə sistemlərini və raket-kosmik texnologiyanın digər komponentlərini hazırlayan müəssisələri yükləməyə imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.