RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Aksyonov: Krım Mariupolun nasistlərdən azad edilməsini gözləyir

Aksyonov və Konstantinov 1944-cü ilin bu günündə Simferopolun alman-faşist işğalçılarından azad edilməsinin ildönümü ilə əlaqədar hərbi qəbiristanlığa əklillər qoyublar.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Krımlılar, bütün Rusiya vətəndaşları Mariupolun nasist birləşmələrindən tam azad olunmasını gözləyirlər. Bu barədə respublika rəhbəri Sergey Aksyonov jurnalistlərə bildirib.
Aksyonov və Dövlət Şurasının spikeri Vladimir Konstantinov 1944-cü ilin bu günündə Simferopolun alman-faşist işğalçılarından azad edilməsinin ildönümü ilə əlaqədar hərbi qəbiristanlığa əklillər qoyublar.
“Bütün krımlıları, simferopolluları Simferopolun nasistlərdən azad edilməsi münasibətilə təbrik edirəm. Təəssüf ki, bu qədər illər keçib və hər şey aktual olaraq qalır. Rusiyalılar, krımlılar, biz hamımız Mariupolun nasistlərdən azad olunmasını gözləyirik. Dünyada heç nə dəyişmir, xatırlamaq, sahib olduğumuz hər bir şeyi dəyərləndirmək və dünyanın heç bir ölkəsində nasizmə yol verməmək lazımdır. Əminəm ki, xüsusi əməliyyatın (Ukraynada) məqsədləri yerinə yetiriləcək”, - deyə Aksyonov qeyd edib.
1944-cü il aprelin 13-də Sovet qoşunları Simferopolu, Feodosiyanı və Evpatoriyanı alman-faşist işğalından azad ediblər. Krımın tam azad edilməsi 1944-cü il mayın 9-da Sevastopolun işğalı ilə başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ukraynada son durum necədir? Rusiya MN açıqladı