RUSİYA

Rusiyada kənd təsərrüfatı ixracı silah satışını ötüb - Putin

Rusiya Prezidenti bildirib ki, dünyada elm və texnologiyanın hazırkı vəziyyəti bir-birinə bağlıdır, lakin Rusiyanın təcrid olunmasından söhbət gedə bilməz.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin əməkdaşlıq etmək niyyətində olan bütün tərəfdaşlarla əməkdaşlıq etməyə hazır olduqlarını və ölkənin qapanmağa hazırlaşmadığını bildirib. Bu barədə TASS məlumat yayıb.
"Biz özümüzü təcrid etmək fikrində deyilik. Müasir dünyada kimisə təcrid etmək ümumiyyətlə qeyri-mümkündür, Rusiya kimi nəhəng bir ölkəni isə ümumiyyətlə qeyri-mümkündür. Ona görə də qarşılıqlı əlaqədə olmaq istəyən tərəfdaşlarımızla işləyəcəyik", - Putin "Vostoçnı" kosmodromunda kosmik sənaye işçiləri ilə söhbət zamanı deyib.
Prezident qeyd edib ki, 1961-ci ildə SSRİ texnoloji baxımdan tam təcrid vəziyyətində idi, o zaman sanksiyalar total xarakter daşıyırdı:
"Bununla belə, Sovet İttifaqı ilk olaraq Yerin süni peykini buraxdı, ilk kosmonavt bizimdir, kosmik stansiyanın Aya ilk uçuşu da bizimdir, kosmosa ilk uçan qadın kosmonavt Valentina Tereşkova bizimdir, Allah ona can sağlığı versin. Biz hər şeyi tam texnoloji təcrid şəraitində etdik, biz belə möhtəşəm uğurlar əldə etdik. Bugünkü Rusiya qabaqcıl texnologiyalarla (2030-cu ilə qədər) kosmik proqramımızı daha da inkişaf etdirə bilməzmi?"
Rusiya lideri bunun həyata keçiriləcəyinə əmin olduğunu bildirib. O xatırladıb ki, 2014-cü ilin sanksiyalarından sonra ölkə iqtisadiyyatının məhdudiyyətlərə məruz qalan bir çox sahələri çox irəliyə addımlayıb.
"Kənd təsərrüfatı istehsalın yüksək texnologiyalı sektoruna çevrilib. İxracın həcmi hətta silah satışının həcmini və əhəmiyyətli dərəcədə, 10 milyard dolları ötüb", - deyə Putin bildirib.
Onun sözlərinə görə, dünyada elmi və texnologiyanın hazırkı vəziyyəti bir-birinə bağlıdır, lakin Rusiyanın təcrid olunmasından söhbət gedə bilməz.
Rusiya lideri qeyd edib ki, əməkdaşlıq həm yaxın, həm də kosmosun dərinliklərində Ay proqramı üzrə aparılacaq. O əlavə edib ki, "Vostoçnı" kosmodromunun inkişafı planları 2035-ci ilə qədər hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi - Putin