RUSİYA

Rusiya koronavirusun üçüncü dalğasına hazırdır – Muraşko

nazirlik nümayəndələri hesab edir ki, may ayının sonundan etibarən COVID-19-a yoluxma hallarının artması mümkündür.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Rusiyada koronavirusa yoluxma hallarının artması may-iyun aylarının sonunda mümkündür, yeni dalğanın gücü isə insanların profilaktik tədbirlərə necə əməl etməsindən və infeksiyaya qarşı peyvənd olunmasından asılı olacaq. "RİA Novosti" xəbər verir ki, bu sözləri Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
“Düşünürəm ki, may-iyun aylarının sonuda, xəstələliyin artması mümkündür”, - deyə Muraşko “Rossiya 24” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, yeni dalğanın gücü hər bir insanın davranışından - necə peyvənd və revaksinasiya edilməsindən, həmçinin sanitar norma və qaydalara əməl etməsindən asılı olacaq.
Rusiya koronavirusun üçüncü dalğasına hazırdır
Qurum rəhbəri bildirib ki, Rusiyada koronavirusun yeni dalğası riski var, ona görə də buna hazırlıq gedir.
"Təbii ki, yeni yoluxma dalğası riskləri mövcuddur. Və biz görürük ki, bu gün bir sıra ölkələrdə tibb işçiləri xəstələnmə hallarının artdığını təsbit edirlər. Bu, həm bir sıra Avropa ölkələri, həm də Çindir, ona görə də biz hazırlaşırıq," – deyə Muraşko bildirib.
Nazir qeyd edib ki, hazırda xəstələrin sayı azalır, lakin buna baxmayaraq, tibb müəssisələrində 200 minə qədər koronavirus xəstəsi müşahidə olunur.
Onun sözlərinə görə, tibb müəssisəsindən çıxarkən xəstələrin dərin tibbi müayinədən keçməsi çox vacibdir, çünki koronavirusa yoluxanlar, xüsusən də ürək-damar xəstəlikləri olanlar üçün ilk 3 ay müddətində risklər çox yüksəkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Muraşko: uşaqları "stels-omikron"dan necə qorumaq lazımdır