NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft yenidən bahalaşmağa başlayıb

Çində pandemiyaya qarşı tədbirlər neftə tələbi azaldıb. Lakin bu tədbirlərin ləğv ediləcəyi gözlənilir.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,22 dollar azalaraq 102,63 dollar olub.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,21 dollar bahalaşaraq 100,69 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,27 dollar artaraq 96,56 dollar olub.
Qeyd edək ki, Çinin maliyyə mərkəzi Şanxayda pandemiyaya qarşı həyata keçirilən tədbirlər neftə tələbi azaldıb. Lakin investorlar bu tədbirlərin ləğv ediləcəyini düşünürlər. Bu da qiymətlərin qalxmasına səbəb olur. Çin dünyada neftin ən böyük idxalçısıdır.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NEFT-QAZ
SOCAR humanitar məqsədlərlə Ukraynaya yanacaq yardımını davam etdirir