NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR humanitar məqsədlərlə Ukraynaya yanacaq yardımını davam etdirir

Artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub.
Sputnik
BAKI, 11 aprel - Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib.
Bu barədə SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə istinadən məlumat verib.
Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub.
“Hazırda Ukraynanın istənilən yerində gecə-gündüz yardım göstərən hər bir həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə fəxr edirik. Yanacaqdoldurma məntəqəsindəki həmkarlarımıza işlərinə və cəsarətlərinə görə təşəkkür edirik“, - deyə “SOCAR Energy Ukraine” şirkətinin Report-a verdiyi məlumatda deyilir.
Xatırladaq ki, "SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verir.
SOCAR Energy Ukraine Azərbaycanın SOCAR şirkətinin Ukraynada nümayəndəliyi kimi 2008-ci ildən fəaliyyət göstərir. Şirkət Ukraynanın 11 vilayətində 55 yanacaq doldurma məntəqəsinə malikdir.
CƏMİYYƏT
Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərib