RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: Ukrayna ilə danışıqların davam etməməsinə səbəb yoxdur

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqlar prosesinə mane olan məqamlara aydınlıq gətirib.
Sputnik
BAKI, 11 aprel — Sputnik. Rəsmi Moskva Rusiyanın Ukrayna ilə danışıqları davam etdirə bilməməsi üçün heç bir səbəb görmür. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Danışıqları davam etdirə bilməməyimiz üçün heç bir səbəb görmürəm. Baxmayaraq ki, Ukrayna tərəfi hər dəfə aradan çıxmağa çalışır, bəzən mövqeyini 180 dərəcə dəyişir, təklif etdiklərini rədd edir. Amma biz səbirli və inadkarıq", - deyə Lavrov "Rossiya 24" telekanalına müsahibəsində deyib.
Nazir həmçinin qeyd edib ki, artan rusofobiya fonunda Moskva xaricdəki həmvətənlərini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
Lavrov amerikalı tədqiqatçılardan birindən sitat gətirərək deyib ki, bu rusofob dalğanın başlama sürəti onu deməyə əsas verir ki, latent irqçilik Avropadan heç yerə getməyib.
"Bu "fas" əmridir. Bu, ciddi məsələdir və təbii ki, biz vətəndaşlarımızı qorumaq üçün bütün mövcud hüquqi vasitələrdən istifadə edəcəyik", - o əlavə edib.
Nazir xatırladıb ki, bu məqsədlə xaricdə Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi üçün xüsusi fond fəaliyyət göstərir.
"İndi biz onun maliyyəsini kəskin şəkildə artırırıq", - deyə Lavrov fikirlərini yekunlaşdırıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Zaxarova Buçada təxribat törədən ukraynalı yaraqlılara necə təlim keçirildiyini danışıb