DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rahatın kafelərindən birində açılan atəş nəticəsində yaralananlar var

Bu, son on gün ərzində İsraildə baş verən növbəti terror hadisəsidir.
Sputnik
BAKI, 9 aprel - Sputnik. İsrailin Rahat şəhərində bir nəfər kafeyə gələnlərə atəş açıb, 4 nəfər yaralanıb. Bu barədə RİA Novosti İsrail polisinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
"İsrail polisinə Rahatdakı qəlyan barında atışma xəbəri daxil olub. Tibbi mənbələrdən verilən məlumata görə, 4 nəfər orta dərəcəli, 1 nəfər isə ağır xəsarətlərlə Soroka xəstəxanasına təxliyə edilib", - deyə polisin açıqlamasında bildirilir.
Qeyd olunur ki, Rahat əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan şəhərdir. Hadisə yerinə gələn polis əməkdaşları yerli sakinlər tərəfindən daş-qalaq edilib.
Aprelin 7-də İsrailin paytaxtı Təl-Əviv şəhərində törədilmiş terror aktı nəticəsində iki nəfər həlak olub. Hadisə nəticəsində daha dörd nəfər yaralanıb. Martın 29-da isə İsraildə atışma nəticəsində 4 nəfər ölüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.