BAKI, 9 aprel — Sputnik. Rusiyanın "Utair" aviaşirkəti Qroznıdan Bakıya müntəzəm reyslər həyata keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının nəqliyyat və rabitə naziri Ramzan Çerxiqov məlumat verib. Onun sözlərinə görə, reyslər bu ilin mayından açılacaq. Artıq "Utair" Rusiya Hava Nəqliyyatı Agentliyinə müraciət edib.
Nazir, həmçinin bildirib ki, BƏƏ, Misir və Yerevana da uçuşların bərpası ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Azərbaycana ən çox əcnəbinin gəldiyi ölkə arasında Rusiya siyahıya başçılıq edir.
Rusiyadan Azərbaycan ötən ilin dekabr ayında 29324 turist gəlib. 2022-ci ilin yanvar ayında da ölkəmizə ən çox turistin gəldiyi ölkə Rusiya olub. Bu rəqəm bu ilin yanvar ayında 26131 olub.
Xatırladaq ki, martın 21-dən Rusiyanın ən böyük aviaşirkəti "Aeroflot" Azərbaycana müntəzəm uçuşları bərpa edib.
Martın 5-də "Aeroflot" martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.