RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Avropa Birliyi artıq NATO-nun iqtisadi əlaqələr şöbəsinə çevrilib - Zaxarova

Borell Versal sammitində Ukraynaya hərbi yardım üçün əlavə 500 milyon avro ayırmağı təklif edib.
Sputnik
BAKI, 9 aprel - Sputnik. Avropa İttifaqı iqtisadi təşkilatdan NATO-nun iqtisadi əlaqələr şöbəsinə çevrilib. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa diplomatiyasının rəhbəri Cosef Borellin “döyüş meydanında” qələbə çalınmalı olan müharibə ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Xatırladaq ki, Borell şənbə günü öz Twitter səhifəsində bu sözləri yazıb:
“Bu müharibəni döyüş meydanında qazanmaq lazımdır”.
Avropa diplomatiyasının rəhbəri özsəhifəsində Ukraynanın ehtiyaclarına uyğun seçiləcək silahların tədarükü üçün əvvəllər ayrılmış 500 milyon avronu da xatırladıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi isə onun sözlərini bu cür şərh edib:
"Bu da sizin üçün "İqtisadi təşkilat". Bu, artıq Avropa Birliyi deyil. Bu, sadəcə NATO-nun iqtisadi əlaqələr şöbəsidir", - deyə Zaxarova Telegram kanalında yazıb.
Fevralın sonunda Avropa İttifaqı ilk dəfə olaraq Ukrayna silahlı qüvvələrinə 500 milyon avro məbləğində yardımı maliyyələşdirməyə qərar verib.
Aİ-nin Versal sammiti zamanı Borell Ukraynaya hərbi yardım üçün əlavə 500 milyon avro ayırmağı təklif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Ukrayna ərazisindən Rusiyaya təhlükə olmamalıdır - Antonov