SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Britaniyadan zəng: Ceyhun Bayramovla Brüssel görüşünün nəticəsi müzakirə edildi

Azərbaycan XİN başçısı Britaniyalı həmkarı ilə bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edib.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünü müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Bundan əvvəl Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri və bu xüsusda, Brüsseldə keçirilmiş yüksək səviyyəli görüşü müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu təşkil edib.
Bu gün Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında da telefon danışığı baş tutub.
Söhbət zamanı "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin icrası da daxil olmaqla ikitərəfli münasibətlərin geniş spektri məsələləri müzakirə edilib.
Nazirlər həmçinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalanan üçtərəfli sazişlərin müddəalarının yerinə yetirilməsi, o cümlədən regionun blokdan çıxarılması üzrə işçi qrupunun fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması səyləri, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar üçün şəraitin formalaşdırılması məsələsi də XİN başçılarının gündəmində olub.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb. Üçtərəfli görüşdən sonra elan olunan bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər.
Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Ceyhun Bayramovla Sergey Lavrov arasında kritik telefon söhbəti