BAKI, 7 aprel - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefonla Ukraynadakı vəziyyəti müzakirə edib. RİA Novosti RF Müdafiə nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı humanitar məsələlərə xüsusi diqqət yetirilib.
“2022-ci il aprelin 7-də Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukraynadakı mövcud vəziyyət müzakirə olunub. Müdafiə idarələrinin rəhbərləri humanitar məsələlərə xüsusi diqqət yetiriblər", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Rusiyanın xüsusi hərbi əməliyyat başlayandan bəri 2000-dən çox Ukrayna tankı və digər zirehli texnikanın məhv edildiyini bəyan edib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 125 təyyarə, 95 helikopter, 416 pilotsuz uçuş aparatı, 2003 tank və digər zirehli döyüş maşını, 220 reaktiv yaylım atəşi sistemi, 869 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1902 ədəd xüsusi hərbi maşın məhv edilib”, - deyə nazirliyin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.