HADİSƏ

Səhhəti pisləşən gəmi kapitanının köməkçisi dənizdən təxliyə edilib

Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir
Sputnik
BAKI, 6 aprel — Sputnik. Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildiriblər ki, 6 aprel tarixində saat 00:20 radələrində Dövlət Dəniz və Liman Agentliyinin növbətçi operatoru və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Lənkəran reydindən Salyan reydi istiqamətində hərəkətdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Əlif Hacıyev" elmi-tədqiqat gəmisinin kapitanının 3-cü köməkçisi 1992-ci il təvəllüdlü Hüseynov Ramazan Seyfi oğlunun səhhətinin qəflətən pisləşməsi barədə məlumat daxil olub.
Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində "Astara" reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinin itisürətli qayığı tərəfindən Salyan şəhər Təcili Tibbi Yar­dım Stansiyasının həkimi qeyd olunan əraziyə çatdırılıb.
İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxsin həkim nəzarəti altında DSX Sahil Mühafizəsinin gəmisinə keçirilməsi və sahilə təxliyəsi təmin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.