MƏDƏNİYYƏT

Dilarə Əliyeva Türkiyədə filmə çəkiləcək

Aktrisa bildirir ki, film dram janrında olacaq. 49 yaşlı aktrisa filmlə bağlı plastik əməliyyat etdirmək niyyətindədir.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Əməkdar artist Dilarə Əliyeva Türkiyədə filmə çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən aktrisa bildirib ki, filmin çəkilişləri oktyabr-noyabr aylarına təsadüf edir. Aktrisa bildirir ki, film dram janrında olacaq:
"Müqaviləyə əsasən, mən nə filmin adını, nə onun heyətini, nə də şirkətin adını açılaya bilərəm".
Qeyd edək ki, 49 yaşlı aktrisa filmlə bağlı plastik əməliyyat etdirmək niyyətindədir: "Heç olmasa 10 kilo çəki atmalıyam. Plastik əməliyyat da olacaq. Bu iş üçün dəyər. Simamda da dəyişiklik etdirəcəm".
Məlumat üçün bildirək ki, D.Əliyeva müxtəlif janrlı tamaşalarda və filmlərdə rol alıb. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M.Bayciyev, "Ər və arvad"), Henrietta (G.Mopassan, "Dərəbəylik"), Badam (V.Əliyev, "Madam-Badam"), Gəlin (Z.Yaqub, "Didərginlər"), Mişilin (M.Marinye, "Oğru"), Zərifə (G.Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D.Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V.Səmədoğlu, "Yumurta"), Xavər (M.Atəş, "Gəlinlər"), Sarıca (M.Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T.İmanov, "Məhəllə") və s. obrazlarla yadda qalıb.
Dilarə Əliyeva həm də bir çox telekanallarda verilişlərin aparıcısı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.