BAKI, 6 aprel — Sputnik. "Rusiya diplomatlarına qarşı təqiblər aparan Avropa ölkələri oturduqları budağı kəsirlər". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko Avropanın son qərarlarını şərh edərkən bildirib.
Diplomat bildirib ki, Avropa ilə qaz sahəsində əməkdaşlıq illərdir inkişaf edir və Rusiyadan qaz ixrac etməkdən imtina problemini gündəmə gətirmək heç kimin ağlına gəlməyib:
"ABŞ isə bazarlarda vəziyyəti öz xeyrinə yaxşılaşdırır deyə, bu vəziyyətə sevinir".
Onun sözlərinə görə, Rusiya Aİ-dən diplomatlarının çıxarılmasına cavab tədbirləri görəcək:
"Rusiya və NATO arasında heç bir əlaqə yoxdur. Rusiya Qərb ölkələri ilə diplomatik münasibətlərin saxlanılmasının tərəfdarıdır".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.