CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeydiyyatdan keçmiş bəzi dini icmalara şəhadətnamə təqdim edilib

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 980 dini qurum dövlət qeydiyyatına alınıb.
Sputnik
BAKI, 5 aprel — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 5 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr təqdim olunub.
Komitədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, tədbir iştirakçılarına Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdıran DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, milli-mənəvi, tolerantlıq dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağın, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyin önəminə toxunub.
Eyni zamanda, dini icma sədrlərinə insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirlərin, hərəkətlərin qarşısını almaq, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmək, ümummilli maraqlardan çıxış etmək tövsiyə olunub.
Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 980 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 943-ü İslam, 37-i isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.