RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Moskva Kiyevlə "siçan-pişik" oynamaq istəmir - Lavrov

Rusiya XİN başçısının sözlərinə görə, Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.
Sputnik
BAKI, 5 aprel - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarının perspektivlərini və Kiyevin taktikasını şərh edərkən deyib ki, Moskva Kiyevlə "siçan-pişik" oynamayacaq.
“Bizi Ukrayna tərəfinin müqavilə bağlanarsa, bir neçə gün ərzində bütün hərbi əməliyyatların dayandırılmasını, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı tərk etməsini və bundan sonra referendum və parlamentdə ratifikasiya keçirməli olduğunu tələb etmək qərarına gəlməsi narahat edir. Çox böyük ehtimal var ki, bu ratifikasiya və referendum mənfi nəticə verdikdə, danışıqlar prosesinə yenidən başlamaq lazım gələcək. Biz belə "siçan-pişik" oynamaq istəmirik”, - deyə Lavrov jurnalistlərə bildirib.
O qeyd edib ki, Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.
Lavrovun sözlərinə görə, Buçadakı təxribat Ukraynanın o cümlədən Krımla bağlı mümkün sülh müddəalarını ilk dəfə kağıza köçürdüyü zaman baş verib.
Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra yerlərdə gərginliyin azaldılmasının Rusiya Federasiyasının xoşməramlı jesti olduğunu söyləyib:
“Rusiya Ukrayna ilə danışıqlar masası arxasında vicdanlı və ardıcıl işləməyə hazırdır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov: Moskva Kiyevin milli maraqlara əməl edəcəyinə ümid edir