BAKI, 4 aprel - Sputnik. Anti-Rusiya sanksiyaları qlobal iqtisadiyyata çox ağrılı zərbə vurur. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, bu münasibətlərə təsir edən vəziyyətin özü deyil, Qərbin Rusiya Federasiyasına qarşı elan etdiyi və ilk növbədə qlobal iqtisadiyyata çox ağır zərbə vuran tamamilə qeyri-qanuni, görünməmiş sanksiyalardır:
"O cümlədən, kənd təsərrüfatı məhsullarının, gübrələrin və digər bir çox məhsulların istehlakçısı olan ölkələr barədə”, - deyə nazir Ukrayna üzrə Ərəb Ölkələri Liqası əlaqə qrupu ilə Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Lavrov bildirib ki, Rusiya Müdafiə Nazirliyinin təxribat adlandırdığı Ukraynanın Buça şəhərində baş verən hadisələrlə bağlı Moskvanın BMT Təhlükəsizlik Şurasını çağırmaq cəhdi yenə uğursuz olub.
"Xatırladıram ki, dünən biz hələ də BMT Təhlükəsizlik Şurasının iclasını tələb edirdik, indi Təhlükəsizlik Şurasına sədrlik edən britaniyalı həmkarlarımız bundan imtina etdilər. Bizim bugünkü cəhdimiz də uğursuz oldu", - deyə nazir mətbuat konfransında bildirib.
Lavrov həmçinin qeyd edib ki, Rusiya Ukraynadakı xüsusi əməliyyatla bağlı açıq-aşkar saxtakarlıqları ifşa edəcək.
“Biz bu cür saxtakarlığı ifşa edəcəyik, necə ki, martın əvvəlində Mariupoldakı doğum evində faciə kimi təqdim etməyə çalışdığımız vəziyyəti ifşa etdik. İndi də o cür, Rusiya Silahlı Qüvvələri öz mövcudluğunun yenidən qurulması çərçivəsində martın 30-da Buça şəhərinin ərazisini tərk edib və üç gün ərzində bələdiyyə sədri orada televiziya ilə çıxış edərək şəhərin normal həyata qayıtdığını, Ukrayna silahlı qüvvələrinin orada peyda olmasından sonra meyitlərin göründüyü küçələri nümayiş olunur. Yəqin, üç gündən sonra, oxşar bir tamaşa təşkil etmək qərarına gəlib"- deyə nazir bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna hakimiyyəti və KİV-i ölənlərin cəsədlərinin yolda yatdığı Kiyev vilayətinin Buça şəhərində çəkildiyi iddia edilən videonu yayıb.
Bir çox internet istifadəçiləri Kiyevin Moskvaya qarşı ittihamlarının etibarlılığına şübhə ilə yanaşıb, qeyd ediblər ki, yerdəki cəsədlərin yanında qan olmayıb, ölənlərin bəzilərinin qollarında ağ sarğı olub və onlar Ukrayna təhlükəsizlik qüvvələri və ya ərazi müdafiəsi tərəfindən öldürülə bilərdi.
Həmçinin istifadəçilər “ölülərin” əllərini tərpətdiyinə diqqət yetiriblər və operatorun avtomobilinin arxa güzgüsünə baxanda belə görünür ki, “ölü”lərdən biri avtomobil keçən kimi mövqeyini dəyişir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.