BAKI, 4 aprel - Sputnik. Rusiya ümid edir ki, Ukrayna danışıqlarda öz maraqlarını rəhbər tutacaq və uzaqdan gələn məsləhətçilərə qulaq asmayacaq. RİA Novosti xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı Ərəb Dövlətləri Liqasının (ƏDL) təmas qrupu ilə danışıqlardan sonra jurnalistlərə bildirib.
“Mən həqiqətən ümid edirəm ki, sözügedən danışıqlarda Kiyev nümayəndə heyətinə rəhbərlik edənlər buna baxmayaraq, öz milli maraqlarını, öz xalqının maraqlarını rəhbər tutmağa başlayacaqlar və uzaqdan gələn məsləhətçilərə qulaq asmayacaqlar”, - Lavrov jurnalistlərə deyib.
Rusiya-Ukrayna məsləhətləşmələri fevralın sonunda başlayıb: nümayəndə heyətləri Belarusda iki təkbətək görüş keçiriblər, bundan sonra onların gündəlik olaraq videokonfrans vasitəsilə davam etdirilməsi qərara alınıb.
Keçən həftə İstanbulda üzbəüz danışıqların növbəti raundu baş tutub. Nəticədə, Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Ukrayna gələcək müqaviləyə dair yazılı təkliflərini verib, Moskva bunu irəliyə doğru addım hesab edir və ümumiyyətlə, Kiyev uzun illərdən sonra ilk dəfədir. danışıqlar aparmaq istəyini nümayiş etdirib.
Rusiya tərəfi cavab olaraq Ukraynaya doğru iki addım atıb. Birincisi, Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları əhəmiyyətli dərəcədə azaltmaq qərara alınıb. İkincisi, Moskva iki ölkə liderləri Vladimir Putin və Vladimir Zelenskinin görüşünün xarici işlər nazirləri tərəfindən müqavilənin paraflanması ilə eyni vaxtda baş tutmasını təklif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.