CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirildi: Gəmilərə xəbərdarlıq edilib

Təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Sputnik Azərbaycan "Azneft"ə istinadən xəbər verir ki, bununla bağlı təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.
Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Qeyd edək ki, Xəzər dəniz akvatoriyasında hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib. ASCO-dan verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Qeyd olunur ki, gəmilər təhlükəsiz sığınacaqlara getməsi təmin edilməlib.
Məlumat üçün bildirək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.