https://sputnik.az/20220404/hava-seraiti-ile-bagli-tehlukesizlik-tedbirleri-guclendirildi-gemilere-xeberdarliq-edilib-440778814.html
Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirildi: Gəmilərə xəbərdarlıq edilib
Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirildi: Gəmilərə xəbərdarlıq edilib
Sputnik Azərbaycan
Təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət... 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T13:40+0400
2022-04-04T13:40+0400
2022-04-04T13:40+0400
külək
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439395565_0:0:3111:1750_1920x0_80_0_0_513d18bc178fc3f50feb1887281d481d.jpg
BAKI, 4 aprel — Sputnik. Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.Sputnik Azərbaycan "Azneft"ə istinadən xəbər verir ki, bununla bağlı təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.Qeyd edək ki, Xəzər dəniz akvatoriyasında hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib. ASCO-dan verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Qeyd olunur ki, gəmilər təhlükəsiz sığınacaqlara getməsi təmin edilməlib.Məlumat üçün bildirək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439395565_0:0:2731:2048_1920x0_80_0_0_b15f077927dd03a03e44eb738209637d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
külək
Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirildi: Gəmilərə xəbərdarlıq edilib
Təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.
BAKI, 4 aprel — Sputnik. Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Sputnik Azərbaycan "Azneft"ə istinadən xəbər verir ki, bununla bağlı təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.
Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Qeyd edək ki, Xəzər dəniz akvatoriyasında hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib. ASCO-dan verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Qeyd olunur ki, gəmilər təhlükəsiz sığınacaqlara getməsi təmin edilməlib.
Məlumat üçün bildirək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.