CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz"a ödənişləri onlayn edə biləcəksiniz

Şöbə rəisi sözü gedən yalançı məbləğlərin yaranmasını ödəniş terminalında yükləmə aparılan zaman internet əlaqələrinin ani olaraq kəsilməsi nəticəsində baş verdiyini qeyd edib.
Sputnik
BAKI, 4 aprel — Sputnik. NFC təminatı olan telefonlar vasitəsi ilə "Gallus Pay" sayğaclarına onlayn ödəniş etmək mümkün olacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndələri ilə keçirilən brifinqdə deyib.
O bildirib ki, bu ödənişlər ilkin olaraq "eManat" terminallarında mümkün olacaq:
"Heç bir fors-major hal baş verməsə, 10-15 gün ərzində əvvəlcədən ödənişli "Zenner" tipli sayğacların da onlayn ödənişi mümkün olacaq. Abonent məmnunluğu bizim üçün çox önəmlidir".
"Azəriqaz" İB-nin binası, arxiv şəkli
Brifinq zamanı birliyin 104 Operativ Xidmət şöbəsinin rəisi Xalidə Şimşək əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların balansını artıran zaman yaranan "yalançı məbləğlərlə" bağlı məsələyə aydınlıq gətirib.
Şöbə rəisi sözü gedən yalançı məbləğlərin yaranmasını ödəniş terminalında yükləmə aparılan zaman internet əlaqələrinin ani olaraq kəsilməsi nəticəsində baş verdiyini qeyd edib.
Onun sözlərinə görə, bu halda informasiya karta tam köçürülmür. Bu səbəbdən də, kartı sayğaca daxil etdikdə yükləmə zamanı problem yaranır.
Şöbə rəisi sözügedən problemin həm terminal, həm də birlik tərəfindən aradan qaldırılmasının mümkün olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Yeni işıq sayğacları gəlir, təzə pul dövriyyədə - İcmal