BAKI, 4 aprel — Sputnik. Aprelin 4-də Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümüdür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.
Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, iki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir.
Nazirlikdən qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir: "Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır. Sahibkarlıq icmaları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır".
Rusiya Xarici İşlər Nazirliyi də azərbaycanlı həmkarlarını diplomatik münasibətlərin qurulmasının 30-illiyi münasibətilə təbrik edib.
RF XİN-in məlumatında deyilir ki, Azərbaycan Rusiya üçün vacib strateji tərəfdaşdır və ölkələr arasında münasibətlərin əsasında bərabərlik, mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələri durur.
“Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir”, - RF XİN-in məlumatında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.