HADİSƏ

Qardaş qardaşı döşəmə taxtası ilə öldürdü

Qırx doqquz yaşlı Namiq Şirinov təmizlik üçün istifadə olunan ağacın saplağını qardaşı, 46 yaşlı Aqil Şirinovun ürək nahiyəsinə sancıb.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Oğuzda qardaş-qardaşın qanına bais olub. Hadisə ötən axşam rayon mərkəzindəki Gənclik küçəsində baş verib. Yaxınlarının Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, ad gününə yığışan qardaşlar arasında yaranan mübahisə davaya çevrilib.
Dava zamanı qardaşlardan biri o birini döşəmə silən ağacla zərbə vurub və ağacın saplağı sınıb.
Qırx doqquz yaşlı Namiq Şirinov sınaraq ucu iti vəziyyətə düşən ağacın saplağını qardaşı, 46 yaşlı Aqil Şirinovun ürək nahiyəsinə sancıb.
Həkim Eldar İsmayılov bildirib ki, yaralı xəstəxanaya çatdırıldıqda artıq gec olub. Nəticədə Aqil Şirinov dünyasını dəyişib.
Qardaşlardan biri
"19:36 radələrində 1976-cı il təvəllüdlü Aqil Şirinov Oğuz MRX-ya döş qəfəsində kəsilmiş-deşilmiş yara ilə gətirilib. Onda heç bir həyat əlaməti yox idi", - deyə E. İsmayılov bildirib.
Qardaşlardan biri
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Namiq Şirinov şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
VİDEO
Paytaxtın gecə klubunda partlayışın nəticələri