BAKI, 3 aprel - Sputnik. Macarıstanda parlament seçkiləri üçün seçki məntəqələri bazar günü yerli vaxtla səhər saat 06.00-da açılıb. RİA Novosti-nin xəbərinə görə, seçki məntəqələrinin işi saat 19.00-a qədər davam edəcək.
Seçkilərdə müəyyən olunacaq deputat mandatlarının sayı 199-dur. Onlar iki şəkildə bölüşdürülür: birmandatlı dairələrdə majoritar sistem üzrə 106 yer və partiya siyahılarına proporsional olaraq 93 yer.
Milli Seçki Komitəsinin məlumatına görə, ölkə daxilində və xaricdə Macarıstanın 8,2 milyondan çox vətəndaşı səsvermə hüququna malikdir.
Qələbə uğrunda "Fides - Macarıstan Vətəndaş Birliyi" sağ populist partiyası və onun kiçik tərəfdaşı olan, Rusiya ilə əməkdaşlığı dəstəkləyən Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Xristian Demokrat Xalq Partiyası (PPCD) alyansı və Brüssellə qarşılıqlı əlaqə qurmağa hazırlaşan Peter Marke-Zayın rəhbərlik etdiyi müxalifət koalisiyasıilə qələbə uğrunda mübarizə aparır.
Mütəmadi keçirilən ictimai rəy sorğularının sübut edir ki, "Fides" son üç ayda liderdir, lakin fərq minimaldan (2-3 bal) daha əhəmiyyətli (10 baldan çox) arasında dəyişir. Belə ki, ötən ay aparılan araşdırmalar "Fides"in təxminən 50%, müxalifət koalisiyasının isə 40%-dən bir qədər çox səs alacağını proqnozlaşdır.
Əvvəlki parlament seçkiləri 2018-ci ilin aprelində Macarıstanda keçirilib. Həmin seçkilərdən sonra yeni seçilən Macarıstan parlamenti Orbanı yenidən baş nazir seçib. Beləliklə, o, dördüncü dəfə bu vəzifəni tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.