DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Daha bir koronavirus peyda olub

Yeni alt növ BA.1.1 "omikron" ştamının qoludur, həmçinin, əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.
Sputnik
BAKI, 3 aprel - Sputnik. Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" məlum yayıb.
Belə ki, son sutka ərzində COVID-19-a müəyyən olunan yeni yoluxma hallarının arasında “omikron" ştamının yeni alt növü də var.
Yeni alt növ BA.1.1 "omikron" ştamının qoludur, həmçinin, əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.
Bundan əvvəl Şanxay, COVID-19 pandemiyasının başlanmasından indiyədək ən sərt məhdudiyyətlər tətbiq edib. Paytaxtın 25 milyon sakininin demək olar ki, hamısı hazırda karantindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Koronavirusu özbaşına antibiotiklərlə müalicə etmək təhlükəlidir - TƏBİB