SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İtaliyanın xarici işlər naziri Azərbaycana gəlir

Azərbaycan paytaxtında enerji sahəsində və mənbələrin şaxələndirilməsi istiqamətində əməkdaşlığın perspektivlərinin müzakirə olunacaq.
Sputnik
BAKI, 1 aprel - Sputnik. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio və nazirliyin dövlət katibi Manlio Di Stefano Azərbaycana yola düşüblər. Bu barədə Azərtac xəbər yayıb.
İtaliya rəsmilərinin səfərinin məqsədi Azərbaycanın yüksək hakimiyyət orqanlarının nümayəndələri ilə danışıqlar aparmaq, iki ölkə arasında siyasi əməkdaşlığı gücləndirməkdir.
Bakıda enerji sahəsində və mənbələrin şaxələndirilməsi istiqamətində əməkdaşlığın perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
İran Azərbaycanın azad olunmuş ərazilərində real əməkdaşlığa hazırdır - Rəisi