BAKI, 1 aprel - Sputnik. Rusiya Silahlı Qüvvələrinin operativ-taktiki aviasiyası sutka ərzində Ukraynanın 40 hərbi obyektini, o cümlədən “Buk-M1” və “Osa” zenit-raket komplekslərini vurub. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.
"Gün ərzində operativ-taktiki aviasiya Ukraynanın 40 hərbi obyektini vurub", - deyə Konaşenkov brifinqdə bildirib.
O aydınlaşdırıb ki, təsirə məruz qalan obyektlər arasında iki zenit-raket kompleksi - Muraxov vilayətində Buk-M1 və Velikie Novoselki rayonunda bir Osa buraxılış qurğusu, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi 32 ərazi var.
Konaşenkov onu da bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Qulyaypole yaxınlığında Ukraynaya məxsus Mi-24 helikopterini vurub.
“Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Qulyaypole ərazisində havada bir Mi-24 helikopterini, Novomixaylovka, İzyum və Xarkov ərazilərində isə Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatını vurub”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.