BAKI, 1 aprel — Sputnik. Tədbirlər 26 mart, şənbə günü Mərkəzi Amerika ölkəsində 62 qətl hadisəsinin qeydə alınmasından sonra görülüb və bu, hazırki əsrin ən qəddar gününə çevrilib.
"Biz hökumətimizin salvadorluların həyatını qorumağa və cinayətkarlığın qarşısını almağa imkan verəcək fövqəladə rejimi təsdiqləyirik", - deyə Konqresin prezidenti Ernesto Kastro bazar günü, səhər saatlarında növbədənkənar iclasdan sonra qeyd edib.
Konqres toplaşma azadlığının məhdudlaşdırılmasını, yazışmaların və əlaqələrin toxunulmazlığını, habelə inzibati həbs müddətinin uzadılmasını əhatə edən fövqəladə tədbirləri təsdiqləyib. O, həmçinin həbsin səbəbi barədə məlumat almaq və həbs edildikdə vəkillə əlaqə saxlamaq hüququnu da məhdudlaşdıracaq və 72 saatdan artıq müddətə inzibati həbsə icazə verəcək.
Ölkədə 2021-ci ildə 1140 qətl hadisəsi qeydə alınıb - hər 100.000 nəfərə orta hesabla 18 ölüm düşür, ancaq bu say 1992-ci ildə vətəndaş müharibəsinin bitməsindən bu yana əhəmiyyətli dərəcədə azdır.