Yeri gəlmişkən, belə bir hadisə "EXPO"nun bütün 170 illik tarixində heç vaxt olmayıb.
Bağlanış mərasiminin aktyor heyətinə 56 ölkədən 400-dən çox insan və könüllü daxil olub. Məşhur müğənnilər Kristina Aqilera və Norah Cons, həmçinin violonçelist Yo-Yo Ma tamaşaçılar üçün heyrətamiz ab-hava yaradıblar. Mərasimin kulminasiya nöqtəsi "EXPO"nun estafeti Yaponiyaya təhvil verilməsi olub. Sərgi 2025-ci ildə Osaka şəhərində keçiriləcək.
30 ilə yaxındır ki, Expo ümumdünya sərgilərini qiymətləndirən məşhur "EXHIBITOR" jurnalının ənənəvi olaraq təşkil etdiyi müsabiqədə Azərbaycan Pavilyonu "Dubai Expo-2020"də "Ən yaxşı orta ölçülü pavilyon" və "Mövzunu daha yaxşı təqdim edən pavilyon" adına layiq görülüb.
Bundan əlavə, Azərbaycanın milli pavilyonu ənənəvi olaraq hər sərginin sonunda keçirilən ziyarətçi və könüllülərin ümumi səsverməsinin yekunlarına əsasən ən gözəl və ziyarət edilən pavilyonlar sırasındadır.