RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Aİ-ni Çinlə əlaqələrin müstəqil siyasətini hazırlamağa çağırıram - Si Tszinpin

Çin ümid edir ki, Avropa İttifaqı Çinlə bağlı özünəməxsus fikirlərini formalaşdıracaq və onunla əlaqələrində müstəqil siyasətini hazırlayacaq.
Sputnik
BAKI, 1 aprel — Sputnik. Çin ümid edir ki, Avropa İttifaqı Çinlə bağlı özünəməxsus fikirlərini formalaşdıracaq və onunla əlaqələrində müstəqil siyasətini hazırlayacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çin prezidenti Si Tszinpin cümə günü video konfrans vasitəsilə Aİ rəhbərliyi ilə keçirilən sammit zamanı bildirib.
Aİ tərəfdən sammitdə Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Çin tərəfdən Si Tszinpin iştirak ediblər. Bununla yanaşı ÇXR Şurasının Baş naziri Li Ketsyan da cümə günü Aİ rəhbərliyi ilə ayrıca danışıqlar aparıb.
"Faktlar göstərir ki, Çin və Avropa geniş ümumi maraq dairəsinə və əməkdaşlıq üçün möhkəm bazaya malikdirlər. Yalnız əməkdaşlıq və koordinasiya bütün problemlərin həllinə və çağırışların öhdəsindən gəlməyə kömək edəcək", - deyə Si Tszinpin qeyd edib.
ÇXR-nın sədri əlavə edib ki, Çinin Avropa ilə bağlı mövqeyi sabit və ardıcıldır.
"Ümid edirik ki, Aİ Çinlə bağlı özünəməxsus fikirlərini inkişaf etdirəcək və onunla əlaqələrində müstəqil siyasətini formalaşdıracaq və Çinlə uzunmüddətli və sabit əlaqələr qurmaq üçün işləyəcək", - deyə ÇXR-nın sədri vurğulayıb.
Sədr həmçinin qeyd edib ki, ötən il müxtəlif çətinliklərə və çağırışlara baxmayaraq, tərəflər əməkdaşlığın yeni inkişaflarına və nəticələrinə nail ola biliblər.
ÇXR Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında Çin ilə ticarətdə liderlər Aİ, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (CŞAÖA) və ABŞ olub. Çinin Aİ ilə ticarət dövriyyəsi 137,16 milyard dollar, CŞAÖA ilə 136,59 milyard dollar, ABŞ ilə isə 123,317 milyard dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya və Türkiyə prezidentləri nədən danışıblar