İDMAN

Azərbaycanın hər iki voleybol yığması Avropa Liqasında iştirak etməyəcək

Qeyd edək ki, daha əvvəl kişi voleybolçulardan ibarət Azərbaycan millisinin bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirak etməyəcəyi bəlli olub
Sputnik
BAKI, 31 mart — Sputnik. Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına qatılmayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən xəbər verir ki, yığmanın adı yarışın iştirakçıları siyahısından çıxarılıb.
Millini C qrupunda Bolqarıstan komandası əvəzləyib. Qrupda həmçinin Macarıstan, Ukrayna və Rumıniya seçmələri də yer alıb.
Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən "Report"a CEV-in turnirin sistemində dəyişiklik etdiyi bildirilib: "Federasiya olaraq bunun səbəbini yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq".
Qeyd edək ki, daha əvvəl kişi voleybolçulardan ibarət Azərbaycan millisinin bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirak etməyəcəyi bəlli olub.
Xatırladaq ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamız isə Gümüş Avropa Liqasında gücünü yoxlayacaqdı.
Yarışların 2022-ci ilin may-iyun aylarında keçiriləcəyi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.