BAKI, 29 mart — Sputnik. Kreml Qarabağla bağlı emosional bəyanatlardan çəkinməyə çağırır. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Rusiya Federasiyasının Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanın neft sənayesinə nüvə zərbələri endirməyi təklif etmişdir.
Dmitri Peskovun isə bu bəyanatın heç bir halda Rusiyanın rəsmi xəttinə uyğun olmadığını və uyğun gəlməyəcəyini də bildirib.
"Sözügedən bəyanat daha çox şəxsi emosiyalar müstəvisində yaranan və "olduğu yeri tərk edən" bir ifadədir. Təbii olaraq, biz bu emosiyaları cilovlamağa və tərəfdaşlarımıza qarşı münasibətdə bu tip bəyanatlardan çəkinməyə çağırırıq", - deyə o, jurnalistlərə bildirib.
Dmitri Peskov qeyd edib ki, Azərbaycan tərəfdaş ölkələr sırasındadır. Belə ki, Rusiya Qarabağ bölgəsində sülhün qorunması və bütün müvafiq öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər iş görür.
Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının sabiq deputatı Sergey Markov isə deyib ki, Dövlət Dumasının deputatı Mixail Delyaginin Rusiyanın Azərbaycanın neft infrastrukturuna zərbələr endirməsi ehtimalı ilə bağlı bəyanatı Rusiya rəhbərliyinin siyasətinə tamamilə ziddir.
“Bu bəyanatlar məsuliyyətsizlikdir və Rusiyanın maraqlarına ziddir”, - deyə politoloq öz “Telegram” səhifəsində yazıb.
Xatırladaq ki, Rusiya Federasiyasının Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.
O, Rusiyanın dövlət kanalında, Mariya Skabeyevanın verilişində çıxışı zamanı Azərbaycan ordusunun öz ərazimizdəki yerdəyişməsini "işğal" adlandırıb və buna qarşı sərt addımlar atmağın zəruri olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.