RUSİYA

Delyaqinin Azərbaycanla bağlı dedikləri partiyanın mövqeyini əks etdirmir - Mironov

Deputat qeyd edib ki, “Ədalətli Rusiya – Həqiqət naminə” həmişə bütün məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır.
Sputnik
BAKI, 29 mart - Sputnik. “Ədalətli Rusiya-Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov hesab edir ki, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanla bağlı dediyi sözlər təhrif edilib, lakin qeyd edib ki, bu, siyasətçinin şəxsi fikridir və bunun partiyanın və ya onun fraksiyasının mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Bu barədə RİA Novosti xəbər yayıb.
Xatırladaq ki, bundan əvvəl Delyagin Rusiyanın federal telekanallarından birinin efirində onun fikrincə, Polşa və Azərbaycan tərəfindən ehtimal olunan təhlükələrə diqqət çəkib və sonuncunun neft sənayesinə nüvə zərbələri endirməyi təklif edib.
Bunun ardınca Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın tərəfdaşları ilə bağlı emosional bəyanatlardan çəkinməyə çağırıb.
“Həmkarımız, fraksiyamızın deputatı, parlaq iqtisadçı Mixail Delyaqinin açıqlaması ilə bağlı heç də yaxşı olmayan hadisə baş verib. O, verilişlərin birində Azərbaycanın neft sənayesi ilə bağlı fikirlərini bildirib. Sözlərini təhrif etdilər, tamam başqa şeylər danışmağa başladılar... Demək istəyirəm ki, Mixail Delyaqinin televiziya verilişlərinin birində dediyi fikir onun şəxsi fikridir, bu, bizim fraksiyamızın və partiyamızın fikri deyil”, - deyə Mironov jurnalistlərə bildirib.
Deputat qeyd edib ki, “Ədalətli Rusiya – Həqiqət naminə” həmişə bütün məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır:
"Azərbaycana gəlincə, bu, bizim tərəfdaşımızdır, o cümlədən MDB məkanında... Ola bilsin ki, həmkarımız Delyaqinin həddən artıq emosional açıqlaması heç bir mənada Azərbaycan hansısa rəqib gözündə görməyimiz demək deyil. Bu, belə deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Azərbaycandakı Rus icması Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı