BAKI, 29 mart — Sputnik. Azərbaycanda elektromobillərin istifadəsi üçün infrastrukturun genişləndirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Energetika Nazirliyinin nümayəndəsi Rauf Qurbanov "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, parklanma yerlərində elektromobillər üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
"Bundan başqa, avtomobil dayanacaqlarında elektromobil və hibrid avtomobillər üçün səyyar enerjiyığma stansiyalarının quraşdırılması üzrə işlər planlaşdırılır. Həmçinin, ekoloji təmiz avtomobillərin ödənişli yolların istifadəsi zamanı güzəştlər də nəzərdə tutulur", - deyə o deyib.
R.Qurbanov əlavə edib ki, bu gün Azərbaycanda elektromobillər üçün 33 enerjiyığma stansiyası fəaliyyət göstərir. Onlardan 22-si Bakıda, 11-i regionlarda yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.