BAKI, 28 mart - Sputnik. Rusiya-Ukrayna müharibəsinin bitməsi, sülhün bərqərar olması üçün səmimi səylər göstərən yeganə ölkə Türkiyədir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, sabah (29 mart - red.) İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarından əvvəl Türkiyə tərəfi iki ölkə heyətlərinin üzvləri ilə qısa görüş keçirəcək.
Ərdoğan iki ölkənin liderləri ilə apardığı telefon danışıqlarının da məhsuldar olduğunu vurğulayıb.
Xatırladaq ki, Türkiyə mətbuatı Rusiya-Ukrayna danışıqlarının İstanbulda harada keçiriləcəyi barədə xəbər yayıb.
Ölkə KİV-i yazır ki, tərəflərin görüşü tarixi Dolmabahçe sarayında baş tutacaq.
Görüş mətbuat təmsilçiləri üçün qapalı olacaq və tədbirin 10:30-da (yerli vaxtla) başlaması nəzərdə tutulub.
Ölkə KİV-i yazır ki, tərəflərin görüşü tarixi Dolmabahçe sarayında baş tutacaq.
Görüş mətbuat təmsilçiləri üçün qapalı olacaq və tədbirin 10:30-da (yerli vaxtla) başlaması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.