TƏHSİL

Qazaxıstanda təqaüd proqramına qeydiyyat davam edir

Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Sputnik
BAKI, 28 mart - Sputnik. Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Təhsil Nazirliyindən verilən məlumata görə, təqaüd proqramı Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il 3 aprel tarixli müqaviləyə əsasən həyata keçirilir.
Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına aprelin 30-dək müraciət etmək olar. Proqram haqqında ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Ukraynada təhsil alan 20 min azərbaycanlı tələbənin taleyi necə olacaq?