CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayaz Mütəllibov son mənzilə yola salındı - Fotolar

Azərbaycanın birinci prezidentinin dəfn mərasimində qohumları və yaxınları, habelə dövlət və ictimai xadimlər iştirak ediblər.
Sputnik
Bakıda birinci Fəxri Xiyabanda dəfn olunan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilib.
Mütəllibov uzun sürən xəstəlikdən sonra martın 27-də, 84 yaşında vəfat edib.
1 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

2 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

3 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

4 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

5 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

6 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

7 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

8 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

9 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

10 / 10

Bakıda Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla vida mərasimi.

Onu son mənzilə qohumları və dostları, Azərbaycanın dövlət və ictimai xadimləri yola salıblar.
Eks-prezidentin oğlu Zaur Mütəllibov atasının dəfn mərasiminin dövlət səviyyəsində təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. O, həmçinin bu çətin zamanda onlara dəstək olmaq üçün gələn atasının bütün dostlarına və həmkarlarına minnətdarlığını bildirib.
Mütəllibovun nəvəsi Tahir Mütəllibov təkcə babasını deyil, dostunu da itirdiyini etiraf edib. Dediyinə görə, babası həmişə ona dəstək olub, məsləhətlər verib.
"Ayaz Mütəllibovun vəfatı hamımız üçün böyük itkidir. O, həmişə mənim işlərimlə maraqlanıb. Onunla tez-tez görüşürdük, zəngləşirdik. Həyatının son dəqiqələrində onun yanında oldum. Biz hamımız onun üçün darıxacağıq", - deyə eks-prezidentin nəvəsi qeyd edib.
Millət vəkili Vahid Əhmədov da dostu və həmkarı ilə bağlı xatirələrini bölüşüb. Onlar 70-ci illərdə, Mütəllibov Bakı Soyuducu və Məişət Avadanlıqları İstehsalat Birliyinin baş direktoru olduğu dövrdə tanış olublar.
"O vaxtdan bəri hansı vəzifədə olmağımızdan asılı olmayaraq dostluğumuz davam edirdi. Təbiətcə o, çox mülayim və mehriban insan idi. Vətən naminə hər şeyə hazır idi. 1991-ci ildə Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti olub və bununla da o, öz adını ölkə tarixinə yazdırıb", - deyə Əhmədov bildirib.
Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb.
Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş mühəndis vəzifələrində çalışıb. O, 1966-cı ildə Bakı soyuducular zavodunun direktoru təyin olunub, 1974–1977-ci illərdə həmin vəzifədə qalmaqla "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru işləyib.
Ayaz Mütəllibov 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib, 1979-cu ildə Azərbaycan SSR-in yerli sənaye naziri təyin olunub. O, 1982–1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan Komitəsinin sədri və 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifələrini tutmuş, 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və onun Siyasi Bürosunun üzvü olub. Ayaz Mütəllibov 1990-cı ilin mayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsis olunan Azərbaycan SSR-in Prezidenti vəzifəsinə seçilib, 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olmuş, 1992-ci ildə isə vəzifəsindən istefa verib.
Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Ayaz Mütəllibov sovet dövrünün bir sıra orden və medalları ilə təltif edilib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident İlham Əliyev Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb