DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-Prisi başlanır

ABŞ-ın “Haas” komandasının alman pilotu Mayk Şumaxer təsnifat yürüşündə bir neçə qəza törədib və o, müayinə üçün tibbi mərkəzə yerləşdirilib.
Sputnik
BAKI, 27 mart - Sputnik. Bu gün Ciddə Şəhər Halqasında yerli vaxtla 20:00-da Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisi start götürəcək. Azərtac-ın xəbərinə görə, 20 pilotun mübarizə aparacağı Qırımızı dəniz sahili boyu trasda dünənki təsnifat yürüşünün qalibi - “Red Bull” komandasının pilotu Sergio Peres ön sırada olacaq.
ABŞ-ın “Haas” komandasının alman pilotu Mayk Şumaxer təsnifat yürüşündə bir neçə qəza törədib və o, müayinə üçün tibbi mərkəzə yerləşdirilib.
Qeyd edək ki, Ciddə Şəhər Halqası dünyanın ən sürətli trasıdır. Burada bolidlərin orta sürəti saatda 252 kilometr, maksimum sürəti isə saatda 322 kilometrdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Bu il Azərbaycanda keçiriləcək tədbirlər