QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya XİN Bakı və Yerevanı təmkinli olmağa çağırıb

Rəsmi Bakı Rusiya Federasiyası Müdafiə Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyinin Qarabağdakı vəziyyətlə bağlı məlumatlarına hələlik münasibət bildirməyib.
Sputnik
BAKI, 26 mart - Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və mövcud üçtərəfli sazişlərə ən yüksək səviyyədə ciddi əməl olunmasını təmin etməyə çağırıb.
“Rusiya sülhməramlı kontingentinin xətti ilə hər iki tərəflə əməkdaşlıq çərçivəsində regionda vəziyyətin deeskalasiyası üçün lazımi tədbirlər görülür”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin 26 mart 2022-ci il tarixli məlumat bülletenində atəşkəs rejiminin pozulması faktları barədə məlumat verilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Bayraktar-TB2 tipli pilotsuz uçuş aparatı ilə Furux kəndi yaxınlığında 4 zərbə endirib.
Bundan əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərdiyini bildirib.
Nazirlik bildirib ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHLİL
Separatçıların Qarabağdakı tör-töküntüləri sülhün bağlanmasına mane olur - Rəy