İDMAN

Azərbaycan-Belarus oyununun təfərrüatları məlum olub

Martın 29-da “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.
Sputnik
BAKI, 26 mart - Sputnik. Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq görüşünü yerli hakimlər briqadası idarə edəcək. Sputnik Azərbaycan-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Nicat İsmayıllı isə dördüncü hakim qismində yardımçı olacaq
Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Nicat İsmayıllı isə dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, martın 29-da “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.