CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə obyektlərdən və evlərdən oğurluq edən şəxs saxlanıb

Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sputnik
BAKI, 25 mart — Sputnik. Şəki şəhərindən yerləşən “Playstation” oyun zalından oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən 700 manat dəyərində televizorun oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş İlyas Nüybərov saxlanılıb.
Aparılan ilkin araşdırmalar zamanı onun daha iki evdən televizor və təmir-tikinti alətləri, eləcə də tanışı ilə birgə Şəki şəhəri ərazisində yerləşən şirniyyat mağazasından pul oğurladığı da müəyyən edilib.
Onun oğurladığı televizorlardan biri, eləcə də cinayətdə istifadə etdiyi alətlər və maska maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.
Saxalınlan şəxs
Saxlanan İlyas Nüybərov bildirib ki, cinayət əməllərini 3 ay ərzində törədib.
TV
“Yanvar, fevral və mart aylarında girmişəm obyektlərə. Oyun zalından televizor götürmüşəm. Evlərdən də müxtəlif əşyalar aparmışam”, - deyə İ.Nüybərov qeyd edib.
Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə İ.Nüybərov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Oğul övladı olmaq sevdası, övladlıq, narkotik, dağılan həyatlar - Bir Aminin hekayəti