RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: "Qazın rublla ödənişi Rusiyaya dost olmayan ölkələrə problem yarada bilər"

Dünən Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrə qaz tədarükü üçün ödənişlərin rublla aparılacağı haqqında qərar verib.
Sputnik
BAKI, 24 mart - Sputnik. Rusiya qazının rublla ödənişi ancaq Rusiya Federasiyasına dost olmayan ölkələrə problem yarada bilər. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, qaz müqavilələrinin rublla ödənilməsi şərtləri Rusiya qazının alıcıları ilə təmaslar qurulduqca aydınlaşdırılacaq: "Rusiyadan qazin alınması ilə bağlı müqavilələr üzrə hesablaşmaların rublla aparılması məsələsi alıcılarla ünsiyyət olduqca izah ediləcək. Rusiyaya qeyri-dost ölkələr üçün qazın rublla alınması problemə çevrilə bilər, lakin Serbiya ilə məsələni Moskva həll etməyə çalışacaq".
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrə qaz tədarükü üçün ödənişlərin rublla aparılacağı haqqında qərar verib.
"Rusiya ABŞ diplomatlarının ölkədən çıxarılmasını dayandırması üçün Vaşinqton rusiyalı diplomatları ölkədən çıxarmağı dayandırmalıdır" - Peskov deyib.
Mətbuat katibi vurğulayıb ki, Rusiyanın Aİ-də “daha dərrakəli mövqe” sərgiləyən müttəfiqləri var, lakin Qərbin ümumi antirus isteryası təəssüf doğurur.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya öz qazını Avropaya rublla satacaq - Putin