BAKI, 24 mart - Sputnik. Moskvadakı XTNS-in “Azərbaycan” pavilyonu “minalanma” xəbərindən sonra yoxlanılır. Bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.
“XTNS-in "Azərbaycan" pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, - agentliyin həmsöhbəti bildirib.
2019-cu ilin noyabr ayından Rusiyada müxtəlif obyektlərin “minalanması” dalğası müşahidə olunur. Naməlum şəxslər məhkəmələrdə, məktəblərdə, ticarət mərkəzlərində, mağazalarda, universitetlərdə, dəmiryol vağzallarında və hava limanlarında bomba hədələri barədə məlumatların yer aldığı elektron məktublar göndərirlər. Bu məktublar daha çox xaricdən göndərilirdi. Rusiya FTX, onların gəldiyi bir neçə xarici resursun bloklanması barədə məlumat verib.