BAKI, 24 mart - Sputnik. Böyük Britaniyanın baş naziri Boris Conson anti-Rusiya yarışının ən fəal iştirakçılarından biridir, lakin bu, Olimpə yox, xarici siyasətdə dalana gətirib çıxaracaq.
APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Cənab Consona gəldikdə, biz onun anti-Rusiya yarışının ən fəal iştirakçısı olduğunu görürük. Ancaq bu yarış heç kimi Olimpa aparmayacaq, əksinə, xarici siyasətdə çıxılmaz vəziyyətə gətirib çıxaracaq", - deyə Kremlin sözçüsü Böyük Britaniyanın baş naziri Boris Consonun Rusiya Prezidentinin "qırmızı xətti" keçməsi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.