SƏHİYYƏ

Həm cibə ziyan verir, həm də sağlamlığa...

"Meat Atlas-2021" hesabatına görə, ətlik heyvanlar üçün yem istehsal edən zavodlar ən çox pestisidlər istifadə edənlər sırasındadır.
Sputnik
BAKI, 24 mart - Sputnik. "Ət istehsalının artması bioloji müxtəlifliyi, iqlim şəraitini riskə atır. Risklərin qarşısını almaq üçün dünya əhalisinin ət istehlakçını yarıbayarıya endirməsinin vacib olduğu vurğulanır". Bu barədə "Meat Atlas-2021"də də qeyd olunur.
Sputnik Azərbayan ətin həm insan orqanizminə, həm də ətraf mühitə zərərlərini araşdırıb.
Öncə ətin ətraf mühitə zərərləri haqda:
"Meat Atlas-2021" hesabatına görə, ətlik heyvanlar üçün yem istehsal edən zavodlar ən çox pestisidlər istifadə edənlər sırasındadır. Hansı ki, pestisidlər suyu çox kirləndirir, biomüxtəlifliyə zərər verir.
Ən böyük 5 ət, süd istehsalçıları iqlim dəyişikliyinə inanılmaz dərəcədə zərbə vurur. Ümumiyyətlə, son 20 ildə dünyada ət istehlakı 2 dəfədən çox artıb.
Ümumiyyətlə, istehsalatın başqa növü ət, süd istehsalı qədər böyük əraziyə tələbat yaratmır. Nəticə etibarı ilə kənd təsərrüfatında ət, süd istehsalının çox əraziyə tələbat yaratması çoxsaylı meşələrin, yaşıllıqların qırılmasına, ətraf mühitə böyük zərər vurulmasına səbəb olur.
Demək olar ki, bütün dünyada kənd təsərüffatı sahələrinin 77 faizi heyvandarlıq, onların yemləri üçün istifadə olunur. Dünyada 1 milyarddan artıq insan dolanışığını təmin etmək üçün mal-qara saxlayır. Kasıb ölkələrdə demək olar ki, mal-qara saxlayanların 2/3-ni qadınlar təşkil edir.
Heyvandarlıqda antibiotiklərdən istifadə mikroblara davamlılığın çox artmasına səbəb olur ki, nəticə etibarı ilə zamanla insan bədənində antibiotiklərə effektivliyi azaldır.
BMT də xəbərdarlıq edir:
BMT-nin Ətraf Mühit Proqramında ətin təbiətə böyük zərər vurduğu qeyd olunur. Bu zərərin azaldılması üçün qidalanmada meyvə-tərəvəzlərə çox üstünlük verilməsinin vacibliyi vurğulanır. BMT-nin müxtəlif hesabatlarında son 50 ildə biooji müxtəliflə dəyilən zərərlərdən bəhs edilib. Bundan əlavə, BMT bildirir ki, ət istehsalı üçün istifadə olunan gübrə də ətraf mühitə zərərlidir. Ət istehsalının nəticəsi olaraq biloloji müxtəlifliyin məhv olunduğu qeyd olunur.
BMT-nin hesabatında yem istehsalının da zərərlərinə toxunulub, qeyd olunub ki, yem istehsalı özü də iqlimə mənfi təsir göstərir. hesabatda o da vurğulanır ki, istixana qazı emissiyalarının 30 faizi kənd təsərrüfatından qaynaqlanır.
BMT bildirir ki, günlük qidalanmada ətdən imtina edilməməsi yaxın gələcəkdə çox canlının məhv olmasına səbəb olacaq.
Azərbaycanda vəziyyət:
Qısaca da olsa, Azərbaycanda ət istehsalı, qiymətlər:
İllər öncə Bakıda mal ətinin kilosu 10,5-11 manata satılırdısa, yanvarın ilk on günlüyünədək ətin kilosunun qiyməti 13-14 manat olub. Ötən ay Azərbayanda ət bahalaşıb. Kilosu 14 manata satılan quzu əti hazırda 16-17 manata satılır. Satıcılar bunun səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.
İstehsala gəldikdə, qeyd edək ki, 2001-ci ildə Azərbaycanda 137 min 944 ton ət istehsal olunub.Dövlət Statistika Komitəsinin son açıqladığı rəqəmə görə Azərbaycanda illik olaraq ət istehsalı 346 min 11 tondur. Rəqəmlər arasındakı fərq illik olaraq 5.03 faiz artımın olduğu deməkdir.
Necə qidalanmalıyıq?
Diyetoloq Məlahət Kərimova Sputnik Azərbaycan-a açıqlamasında ət məhsullarından sağlam qidalanmanın yollarını açıqlayıb. O bildirir ki, gündəlik menyumuzda ət məhsulları çox yer alır, bu səbəbdən həmin məhsulları menyumuza daxil edərkən müəyyən nüanslara diqqət yetirməliyik: "Ətin kəsimi, kəsimdən sonra saxlanma, bişirilmə qaydalarına düzgün riayət edilməlidir. Hər qidanın orqanizmimizə, gündəlik həyatımızda yaşam tərzimizə müsbət təsirləri olduğu kimi, mənfi təsirləri də var. Gündəlik olaraq 150-200 qram arasında ət yemək lazımdır. Həftədə 3 dəfə qırmızı ətdən istifadə edilməlidir".
O bildirir ki, bəzi ət məhsulları müxtəlif xəstəliklərin yayılmasında rola malikdir: "Fastfood" tipli ət məhsulları, kolbasa, sosiska və s müəyyən xəstəliklər yaradır. Bu xəstəliklər arasında ən çox yayılan artıq çəkidir. Artıq çəki ciddi risklər yaradır. Nəticədə mədə-bağırsaq, hətta bağırsaq xərçəngi, həzm sisteminin düzgün çalışmamasınadək müxtəlif problemlər, xəstəliklər ortaya çıxır. Belə xəstəliklər ətdən düzgün istifadə edilməməsi zamanı ortaya çıxır. Həmin məhsullar ürək-damar xəstəlikləri ilə bağlı da risk yaradır, nəticədə qanda xolesterinin miqdarı həddindən artıq artır. Qara ciyərdə problem yaranır. Hemodializ xəstələrdə həkim təyinatı ilə ət məhsullarının porsiyaları demək olar ki azaldılıb".
Digər mütəxəssislər, ÜST nə tövsiyə edir?
Bundan başqa, mütəxəssislər bildirir ki, ət həzm sisteminin normal fəaliyyətini çətinləşdirir, mədə müəyyən qədər narahatlıq yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı son illərdə həftədə 500 qramdan artıq ət istehlak etməyin müxtəlif problemlərə səbəb olacağını bildirir. Dünya Xərçəng Araşdırmaları Dərnəyi sosiska, kolbasa kimi işlənmiş ətlərin konserogen özəlliyə sahib olduğunu vurğulayır. Müxtəlif təşkilatlar hər gün ətlə qidalanmanın zərərli olduğu diqqətə çatdıran ÜST-ün tövsiyəsinə uyğun olaraq həftəlik 500 qramdan artıq ət yeməməyi məsləhət bilirlər.
Həkimlər deyir ki, ət həzm sistemini zəiflətdiyindən, həzm sisteminin fəaliyyətində müəyyən problemlər yaratdığından ət yedikdən sonra su içmək məsləhətdir. Qəbizliyin yaranmaması üçün 8-10 stəkan su içmək tövsiyə olunur. Ümumiyyətlə, yatmazdan 4 saat öncə ət yeməmək məsləhətdir.
Həkimlər deyir ki, çoxlu ət yemək böyrəklərdə müxtəlif problemlərin artmasına səbəb ola bilər. Xolesterolun artması qan-damar sisteminin fəaliyyətinə mənfi təsir edir. Yüksək təzyiq, şəkər, qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən belə xəstələrə gündəlik 100 qramdan artıq ət yeməmək tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ELM
Pomidor şirəsinin faydaları və zərərləri barədə