NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada qazın qiyməti 1 400 dolları ötüb

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Sputnik
BAKI, 24 mart - Sputnik. Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 400 ABŞ dollarını ötüb.
"APA-Economics" xəbər verir ki, 24 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 430,5 dollar təşkil edib. Hərracın başlanğıcından qaz 7,7% bahalaşıb.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Qeyd edək ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, hazırda Avropada yeraltı qaz anbarlarında qazın həcmi ötən il 30,6% olduğu halda, 26% təşkil edir: "Əgər keçən il Avropa yayda YQA obyektlərinə kifayət qədər qaz vura bilmədisə, bu il YQA obyektlərini doldurmamaq riskləri daha da yüksəkdir".
"Şimal axını 2"nin istismara verilməsinə qadağa tamamilə absurddur və enerji balansının yanlış anlaşılmasıdır" - Novak deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Aleksandr Novakdan Avropaya növbəti xəbərdarlıq