RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya XİN amerikalı diplomata etiraz notası təqdim edib

Amerika tərəfinə ABŞ-ın Rusiyaya qarşı hər hansı düşmənçilik hərəkətinin qəti və adekvat cavabını alacağı qətiyyətlə bəyan edilib.
Sputnik
BAKI, 23 mart - Sputnik. Çərşənbə günü ABŞ diplomatına Vaşinqtonun rus diplomatlarını ölkədən çıxarmasına cavab olaraq xaric ediləcək işçilərin siyahısı olan nota təqdim edilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
“Martın 23-də Xarici İşlər Nazirliyinə çağırılan ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək rütbəli diplomatına Vaşinqtonun ölkədən çıxarılmasına cavab olaraq “persona non-qrata” elan edilmiş, deportasiya edilmiş Amerika diplomatik işçilərinin siyahısı olan nota təqdim edilib. Rusiyanın Nyu-Yorkdakı BMT-dəki daimi nümayəndəliyinin diplomatları, həmçinin BMT Katibliyinin rusiyalı əməkdaşı”, - məlumatda deyilir.
Məlumatda həmçinin vurğulanıb ki, Amerika tərəfinə ABŞ-ın Rusiyaya qarşı hər hansı düşmənçilik hərəkətinin qəti və adekvat cavabını alacağı qətiyyətlə bəyan edilib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Nebenzya: Qərbin Ukrayna ilə bağlı qətnaməsi münaqişənin həllini çətinləşdirəcək