BAKI, 23 mart - Sputnik. Rusiyanın operativ-taktiki aviasiyası Ukraynada 86 obyekti məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
General deyib ki, sıradan çıxarılan obyektlər arasında 6 komanda məntəqəsi, 2 reaktiv yaylım atəşi sistemi, 8 səhra topu, 3 silah anbarı və 49 toplanma məntəqəsi yer alır.
“Əməliyyat başlayandan 255 PUA, 1564 tank və digər zirehli maşınlar, 158 RYAS, 627 top və 1367 hərbi avtomobil məhv edilib”, – Konaşenkov qeyd edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.