RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov amerikalıların tərbiyəsi, Rusiyanın qırmızı xətləri və Tayvan spekulyasiyası barədə

Rusiyalı nazir qeyd edib ki, ABŞ-ın hərəkətləri Vaşinqtonun öz tərəfdaşlarının maraqlarına hörmətsizlik etdiyini göstərir.
Sputnik
BAKI, 23 mart - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ BMT-dəki ölkələri Rusiyaya qarşı istədikləri şəkildə səs verməyə məcbur etmək üçün “kəmərdən aşağı” üsullardan istifadə edir.
Amerikalıların qəbuledilməz təzyiqləri
“Amerikalılar indi... Mən kiçik ölkələrdən danışmıram, onlar böyük ölkələrə təzyiq göstərirlər, ticarət əlaqələrini kəsməklə hədələyirlər, yeni sanksiyalarla hədələyirlər, təki BMT-də amerikalıların istədiyi kimi səs versinlər”, – Lavrov MDBMİ-nin tələbələri və müəllimləri ilə görüşdə deyib.
Rusiyanın xarici işlər naziri bildirib ki, ABŞ-ın digər dövlətlərə anti-Rusiya sanksiyalarını dəstəkləmək üçün etdiyi böyük təzyiq Vaşinqtonun bu ölkələrin hansı alçalmaya məruz qaldığını anlamadığını nümayiş etdirir.
"Bizi təcrid olunmuş və ya özünütəcrid vəziyyətinə salmaq cəhdləri uyğun olmayan vasitələrlə edilən cəhdlərdir. Bizim çoxlu dostlarımız var. Bir də hesablayın ki, dünyada nə qədər ölkə sanksiya tətbiq edib və nə qədər ölkə bundan vaz keçib. Amerikalıların məşğul olduqları bu iş deyərdim ki, böyük gücə, böyük dövlətə yaraşmır”, - Lavrov əlavə edib.
Nazir qeyd edib ki, ABŞ-ın hərəkətləri Vaşinqtonun öz tərəfdaşlarının maraqlarına hörmətsizlik etdiyini göstərir.
“Onlar deməkdən çəkinmirlər:” Çindən tələb etdik... Hindistandan tələb etdik... Türkiyədən tələb etdik.... Onlar başa düşmürlər ki, bununla min illik tarixi olan bu gücləri, böyük dövlətləri, sivilizasiyaları aşağılayırlar. Amma tərbiyələri belədir, mən kovboysayağı demək istədim, amma fikrimi dəyişdim. Qızıl qızdırması davam edir", nazir deyib.
Rusiyanın qırmızı xətləri
Rusiya Ukraynada Qərbin vasitəçiliyinə qarşı deyil, lakin Moskvanın açıq-aşkar “qırmızı xətləri var”, - XİN başçısı bildirib.
"Qərb ölkələri vasitəçilik rolunu oynamağa çalışır - biz bunun əleyhinə deyilik, lakin bizim uzun illərdir danışdığımız tamamilə aydın qırmızı xətlərimiz var. İndi danışıqlarla yayınmaq olmaz", - nazir bəyan edib.
Çin Tayvana hücum edəcəyi versiyası
Sergey Lavrov deyib ki, Çinin Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatına “baş qarışdığı vaxt” Tayvana hücum etmək niyyətində olması ilə bağlı ehtimallar spekulyasiyadır.
Nazir qeyd edib ki, Çin sədri Si Tszinpin ABŞ prezidenti Co Baydenlə son söhbətində Tayvanla bağlı əvvəllər bəyan edilmiş mövqedən kənara çıxmağın yolverilməzliyini vurğulayıb.
"Mən Vaşinqtonda kimin nəyi hansı rəngə boyadığını və prezident (Co) Baydenin nəyi imzaladığını şərh etməyəcəyəm. Mən yalnız Baydenin sədr Si Tszinpin ilə videoəlaqəsindən sonra rəsmi şərhlərə etibar edə bilərəm. Və Çin tərəfinin təqdimatında deyildi ki, Çin yalnız bir Çinin olması ilə bağlı ABŞ-ın bir vaxtlar bəyan etdiyi xəttdən kənara çıxmağın yolverilməzliyini vurğulayıb, Amerika tərəfinin, Ağ Evin mesajında ​​da bildirilib ki, Bayden Tayvanla bağlı siyasəti təsdiqləyib”, - Lavrov izah edib.
Nazirin sözlərinə görə, hazırda dünyada həddən artıq çox spekulyasiya var, “buna görə də Çin və Tayvan arasında münasibətlərlə bağlı başqa bir spekulyasiya yaratmağa dəyməz”.
"Bundan artığını mən indi spekulyasiya etməzdim. Onsuz da o qədər çox spekulyasiyalar var, yəqin ki, bütün bunları oxuyursunuz, guya Çinin indi bu vəziyyətdən istifadə edib Tayvana səssizcə hücum edə bilər. Bu cür sadə kombinasiya. Bilirsiniz, indi onlar çox şey deyirlər”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Zaxarova: Ukraynanın parçalanacağı barədə xəbərdarlıq etmişdik